Digər xəbərlər


Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir
09.07.2025

7-8 iyul 2025-ci il tarixində Somali Federativ Respublikası Prezidentinin Administrasiyasının Aparat rəhbərinin müavini Mohamed Amin Şeyx Osmanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizə səfər edib.

Nümayəndə heyətinin səfəri cari ilin fevral ayında Somali Federativ Respublikasının Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icrası çərçivəsində baş tutub.

Səfərin ilk günü nümayəndə heyəti Zəfər parkında və Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirəsini ehtiramla yad edib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Somali tərəfi Memorandumun icrası çərçivəsində qısa müddətdə ölkələrində “ASAN xidmət” mərkəzi əsasında vahid məkandan xidmət göstərəcək mərkəzin təsis olunmasını səbirsizliklə gözlədiklərini bildirib və bu istiqamətdə Azərbaycan tərəfinin davamlı dəstəyini xahiş edib.

Qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzlərinin, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar.

Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment