Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi tərəfindən “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin AZ1002019797 İSİN kodlu səhmlərinin listinqdən çıxarılması barədə qərar qəbul edilmişdir.
Qərar, “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın 14.4-cü bəndinə əsasən qəbul olunmuşdur. Həmin bəndə əsasən, emitentin lisenziya tələb edən fəaliyyət növü üzrə qanunvericiliklə müəyyən edilmiş müvafiq lisenziyaya malik olması tələb olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 12 dekabr 2024-cü il tarixli qərarı ilə, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmaması və icrası məcburi göstərişlərin yerinə yetirilməməsi səbəbilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyası ləğv edilmişdir. Bu səbəbdən, müvafiq normativ tələblər nəzərə alınaraq səhmlərin delistinqi barədə qərarın qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir.
Birjanın qaydalarına uyğun olaraq, səhmlərin delistinqi barədə qəbul olunmuş qərar ictimaiyyətə açıqlanma tarixindən 2 (iki) ay sonra qüvvəyə minəcək.