Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi tərəfindən “Bakı Sığorta” ASC-nin AZ1005005991 İSİN kodlu səhmlərinin listinqdən çıxarılması barədə qərar qəbul edilmişdir.
Qərar, “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın 14.4-cü bəndinə əsasən qəbul olunmuşdur. Həmin bəndə əsasən, emitentin lisenziya tələb edən fəaliyyət növü üzrə qanunvericiliklə müəyyən edilmiş müvafiq lisenziyaya malik olması zəruridir. “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə dair lisenziyası könüllü müraciət əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə ləğv edildiyi üçün müvafiq tələbin icra olunmaması nəzərə alınaraq, səhmlərin delistinqi qərara alınmışdır.
Əlavə olaraq bildiririk ki, Birjanın qaydalarına uyğun olaraq, listinqdə saxlanılan qiymətli kağızların delistinqi barədə qərar qəbul edildikdə, bu barədə məlumat ictimaiyyətə 1 (bir) iş günü ərzində açıqlanır. Qaydaların müvafiq müddəalarına əsasən, səhmlərin delistinqi barədə qəbul olunmuş qərar ictimaiyyətə açıqlanma tarixindən 2 (iki) ay sonra qüvvəyə minəcək.