İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunda (ABİF) mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüş keçirilib.
Görüşdə ABİF-in fəaliyyəti, o cümlədən sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin müsabiqə qalibləri maraq göstərdikləri istiqamətlər və inkişaf məqsədləri haqqında danışıblar. Qaliblərə bilik və bacarıqlarının artırılması, potensiallarının reallaşdırılmasına dair tövsiyələr verilib. Onların səmərəli idarəçilik metodları ilə bağlı sualları cavablandırılıb.