ISO 14001 “Ətraf mühiti idarəetmə sisteminə olan tələbatlar” sertifikatı ilə bağlı maarifləndirici tədbir keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün “ISO 14001 “Ətraf mühiti idarəetmə sisteminə olan tələbatlar” sertifikatı” ilə bağlı maarifləndirici tədbir keçirilib.
Onlayn formatda təşkil olunmuş tədbirdə 30-a yaxın biznes subyekti, müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə müəssisələrin resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına ətraf mühit performansını artırması, rəqabət üstünlükləri əldə etməsində və maraqlı tərəflərin inam və etibarını qazanmasında “ISO 14001 ətraf mühiti idarəetmə sistemləri”nin önəmi, sertifikatlaşdırma prosesi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirici tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı çərçivəsində təşkil olunub.