Digər xəbərlər


KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb
04.07.2025

KOB subyektlərinin 30 layihəsinə 500 min manatdan çox qrantayrılacaq. 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ciqrant müsabiqəsinin nəticələri açıqlanıb.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 30-na ümumilikdə 500min manatdan çox qrant vəsaitinin ayrılması barədə qərar qəbul olunub. 

Qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərin yaradılması və təkmilləşdirilməsini, tədqiqatların aparılmasını və digər istiqamətləri nəzərdə tutur. 

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının bu gün keçirilmiş iclasında qeyd edilib ki, 7-ci qrant müsabiqəsinə KOB subyektləri tərəfindən 287 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 89-u hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus olub. Müsabiqəyə təqdim olunmuş layihələrdən 85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək layihələridir. 

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-cı qrant müsabiqəsinə sənəd qəbulu 15 aprel – 14 may 2025-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 may 2025-ci il – 16 iyun 2025-ci il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment