Nigeriya ilə ikitərəfli iqtisadi əlaqələr, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşüb.
Görüşdə ikitərəfli iqtisadi əlaqələr, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.