KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı Agentliyin sədri tərəfindən müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların müraciətləri və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Sahibkarlar tərəfindən qəbul zamanı qaldırılan bəzi məsələlərə dair yerində izahat verilib. Digər təklif və problemlərlə bağlı isə müvafiq qurumlarla birgə araşdırma aparılaraq, sahibkarlara məlumat veriləcəkdir.
Qeyd edək ki, sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə zəng edərək, biznes fəaliyyəti ilə bağlı onları maraqlandıran suallara cavab ala, eyni zamanda KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik nümayəndələrinin qəbuluna yazıla bilərlər.