BOKT "International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
03.07.2025
3 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT "International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2033021026
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.