1 iyul 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertlərindən ibarət tərkibdə yaradılmış İşçi Qrupunun ilk iclası keçirilmişdir.
Görüşdə qiymətləndirmə sahəsində tərəfləri maraqlandıran, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, qiymətləndirmə sahəsində rəqəmsallaşma və beynəlxalq təcrübənin tətbiqi imkanları, bu sahədə birgə təlimlərin təşkili ilə bağlı məsələlərin birgə müzakirəsi həyata keçirilmiş, gələcəkdə qarşılıqlı əməkdaşlığa dair birgə fəaliyyətin təşkili istiqamətində fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.