Digər xəbərlər


Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqavi
02.07.2025

Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi imzalanıb

İyulun 1-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.

173,5 milyon ABŞ dolları məbləğində olan kredit sazişini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev və xanım Ştallmayster imzalayıb.

Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan BOEM stansiyalarını təhlükəsiz şəkildə enerji sistemə ötürmək üçün enerji ötürücü infrastrukturun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan Hökumətinin iştirak payı (31.2 mln ABŞ dolları) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir. 

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "Azərenerji" ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 km olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq Nəvahi Yarım Stansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

İmzalanma mərasimində Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankı Qrupunun ölkəmizdə həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Nazir Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib. 

S.Babayev Azərbaycanın zəngin bərpa olunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətin məqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib. O qeyd edib ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan yaşıl enerji gündəliyinə sadiq qalaraq enerji balansında bərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal investisiyalar edir.

Etibarlı tərəfdaşlar kimi Azərbaycanla əməkdaşlığın uğurla davam etdiyini vurğulayan ölkə üzrə menecer Ştefani Ştallmayster Dünya Bankı Qrupunun bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüziv inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment