Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzində sahibkarlar və gömrük təmsilçiləri ilə görüş keçirilib.
Görüşdə ÖZÜNET” layihəsi, “Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar”, Bazel, Vyana Konvensiyaları, Monreal protokolu haqqında məlumat verilib.
Astara Gömrük İdarəsində təşkil olunan görüşdə gömrük sistemindəki təkmilləşdirilmələr, yeniliklərdən bəhs edilib, həmçinin “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti” mövzusunda seminar keçirilib.
“Poçt və ekspres daşımalar” gömrük postunda keçirilən görüşdə xarici ticarət iştirakçıları “Gömrük borcu və gömrük borcunun müəyyən edilməsi mexanizmləri”, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası” mövzularında məlumatlandırılıblar.
Görüşlərdə sahibkarları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.