İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Naxçıvanda “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.
Görüşdə ABİF-in, KOBİA-nın, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlara ABİF-in güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri haqqında ətraflı məlumat təqdim edilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.