Digər xəbərlər


“Milli Proqram” çərçivəsində indiyədək 15 min nəfər 27 min təlimi uğurla tamamlayıb
01.07.2025

“Milli Proqram” çərçivəsində indiyədək 15 min nəfər 27 min təlimi uğurla tamamlayıb, növbəti 7500 istifadəçi isə təlimlərə başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər “Coursera” onlayn təhsil platformasındakı təlimlərə qoşulub.

Aprelin 1-dən başlayan “Milli Proqram” çərçivəsində indiyədək 15 min nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 80 minə yaxın təlimə müraciət ediblər, 27 min təlimi müvəffəqiyyətlə başa vuraraq beynəlxalq dərəcəli sertifikatlar əldə ediblər. İstifadəçilərin 30%-i platformada təqdim olunan süni intellekt və data elmi sahəsinə aid təlimlərə üstünlük verib. Bununla yanaşı, kommunikasiya bacarıqları, layihə və risklərin idarə olunması, eləcə də biznes sahəsi üzrə təlimlərə də böyük maraq müşahidə olunur.


“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır:

Süni intellekt hamı üçün (AI For Everyone);

Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Managements)

Süni intellektə giriş (Introduction to Artificial Intelligence);

Liderlik bacarıqları (Leadership skills);

Data elminin əsasları, data hər yerdə (Foundations: Data, data, everywhere);

Layihələrin idarəolunmasının əsasları (Project Management Fundamentals);

Data elmi nədir? (What is Data Science?);

İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English);

Sİ, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work);

Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management).

Onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilərlər. Qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub.

SOCAR, “PASHA Holding”, bp, JOCAP və “Azerconnect Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment