“Azərbaycan Mühasiblər və Risk Peşəkarları” Assosiasiyası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının komitə sədrləri və mütəxəssisləri üçün “Effektiv ünsiyyət və aktiv dinləmə” mövzusunda seminar keçirildi. 25 iyun 2025-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə komitə sədrləri və mütəxəssislər üçün “Effektiv ünsiyyət və aktiv dinləmə” mövzusunda seminar təşkil olunmuşdur.
Seminarın əsas məqsədi əməkdaşlar arasında ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, emosional zəka və empatiya kimi yumşaq bacarıqların gücləndirilməsi və iş mühitində sağlam kommunikasiya mühitinin qurulmasına töhfə vermək olmuşdur. Seminar Fəxri İlham Məhəmmədzadə tərəfindən aparılmışdır. Seminar zamanı iştirakçılara EQ və IQ fərqləri, empatiya, aktiv dinləmə, problemlərin effektiv həlli mərhələləri, #SCAMPER texnikası və kommunikasiya zamanı qarşılıqlı anlayışın artırılması yolları təqdim edilmişdir.
İştirakçılar təlimi interaktiv şəkildə dinləyərək həm nəzəri bilikləri, həm də real iş təcrübəsinə əsaslanan nümunələri müzakirə etmiş, seminarın sonunda isə sual-cavab sessiyası və praktik tapşırıqlar vasitəsilə mövzunu daha da dərindən mənimsəmişlər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və #ARPA gələcəkdə də təhsil işçilərinin peşəkar inkişafı istiqamətində birgə təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Əlaqə vasitələri: 055 202 93 43
Email: office@arpa.org.az