Azərbaycan Biznesinin İnkişafı Fondunda "S&P Global Ratings” agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə "S&P Global Ratings” agentliyinin ətraf mühit, sosial və idarəetmə (ESG) istiqamətlərində fəaliyyəti diqqətə çatdırılıb. ESG istiqamətində Fond tərəfindən görülən işlər və planlaşdırılan addımlar müzakirə edilib.