Digər xəbərlər


“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib
24.06.2025

21-23 iyun 2025-ci il tarixində Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının mənzil qərargahında “İdarəetmə innovasiyası: hər kəs üçün çevik, inklüziv və insanyönümlü xidmətlərin təkmilləşdirilməsi” adlı regional forum baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı, eləcə də Afrika İttifaqı və Efiopiya Federativ Respublikası Hökumətinin tərəfdaşlığı ilə reallaşdırılan tədbir 10-cu Afrika Dövlət Xidmətləri Günü münasibətilə keçirilən konfrans çərçivəsində təşkil olunub.

2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunmuş Forumda 30-dan çox ölkədən və beynəlxalq təşkilatdan 100-ə yaxın aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri və ekspertlər iştirak ediblər.

Tədbirin açılışında Dövlət Agentliyinin sədri, BMT-nin İqtisadi və Sosial Məsələlər departamentinin nümayəndəsi, Efiopiyanın Dövlət Xidmətləri Komissiyasının rəhbəri və Afrika İttifaqının İdarəetmə və Münaqişələrin Qarşısının Alınması üzrə direktoru çıxış ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Afrika Dövlət Xidmətləri Günü münasibətilə həmin qitənin ölkələrinin müvafiq sahədə fəaliyyət göstərən nümayəndələrini təbrik edib. Şəffaf, əlçatan, innovativ xidmətlərin təqdim edilməsinin əhəmiyyətinə toxunan Dövlət Agentliyinin sədri bu istiqamətdə qabaqcıl “ASAN xidmət” təcrübəsinin paylaşılmasına ölkəmizin hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dövlət xidmətlərinin transformasiyası və gələcəyi, çoxşaxəli dövlət xidmətlərinin göstərilməsinə keçid mövzuları üzrə dəyirmi masa, ekspert rəyi və müvafiq sahədə müxtəlif ölkələrin uğurlu təcrübəsinin öyrənilməsinə həsr olunan Forumda Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı geniş təqdimat edib.

Forum çərçivəsində Esvatini, Qana, Qambiya, Maldivin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı müvafiq ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar ilkin razılığa gəlinib.

Forumun son günündə iştirakçılar “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidmətləri mərkəzini ziyarət ediblər.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment