17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə yüksək peşəkarlıq və fədakarlıqla göstərdikləri xidmətə görə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin böyük tibb bacısı İlhamə Mirzəyeva, Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Aytən Məmmədova və Texniki Təsərrüfat şöbəsinin texniki işçisi Rizvan Qasımov Azərbaycan Respublikasının Gömrük İşini Aparan İcra Hakimiyyəti orqanının Fəxri Fərmanı ilə təltif olunublar.
Təltiflər “Gömrük orqanlarında xidmət haqqında əsasnamə”-nin 66-cı maddəsinin 3-cü bəndi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.6.8-ci yarımbəndi əsasında verilmiş, Mərkəzi Gömrük Hospitalının bir qrup əməkdaşlarının yüksək tibbi peşəkarlığı, qüsursuz xidməti və diqqətəlayiq nailiyyətləri kimi qiymətləndirilmişdir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv təltif olunanları təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!