Digər xəbərlər


KOBİA-nın ayırdığı qrant hesabına BDU-da “EkoEnerji” məntəqəsi açılıb
23.06.2025

Günəş və külək enerjisindən istifadə edən “EkoEnerji” məntəqəsi elektrik avtomobilləri üçün təmiz ekoenerjidən istifadə imkanları yaradır.

Bakı Dövlət Universitetinin (BDU) ərazisində BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən “EkoEnerji” məntəqəsi istifadəyə verilib. 

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” məsələlərinə dövlət səviyyəsində xüsusi önəm verilir. BDU da yeni yanaşma ilə bu məsələdə öz töhfəsini verir. Bugünkü layihə həm günəş, həm külək enerjisindən istifadə etməklə BDU əməkdaşları və təhsilalanları üçün təmiz ekoenerjidən istifadə imkanı yaradır. Rektor diqqətə çatdırıb ki, “Clean-Charge” AC enerji doldurma stansiyası” adlı layihə KOBİA tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 5-ci qrant müsabiqəsinin qalibi olub. Bu, BDU-nun KOBİA ilə elm, təhsil, innovasiya sahəsində səmərəli əməkdaşlığının nümunəsi olmaqla yanaşı, universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əməl edilməsi istiqamətində atdığı addımlardan biridir. “EkoEnerji” məntəqəsi “yaşıl enerji”dən istifadə etməklə fəaliyyət göstərəcək, tədris prosesində də bu məntəqədən istifadə olunacaq. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurum üçün innovasiya yönümlü layihələrin dəstəklənməsinin prioritet olduğunu bildirib. KOBİA ilə BDU arasında imzalanan əməkdaşlıq memorandumu uğurla icra olunur. Agentlik sədri “Clean-Charge” AC enerji doldurma stansiyasının yaradılması layihəsi üçün KOBİA tərəfindən 20 min manata yaxın qrant ayrıldığını vurğulayıb. Qeyd edilib ki, layihə universitetin əməkdaşları, tələbələr və sahibkarlar üçün faydalı olacaqdır. 

Elm və Təhsil Nazirliyinin elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman müasir universitet quruculuğunda belə layihələrin həyata keçirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ali təhsil sahəsində dövlət qurumları ilə yanaşı, özəl qurumların maliyyələşmə mexanizmlərinin də olması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə nazirlik elm və təhsil sahəsində cəmiyyət üçün faydalı layihələrə dəstəyi daha da artırmaq niyyətindədir. Nazirliyin şöbə müdiri yeni layihənin təhsil prosesinə inteqrasiya olunmasının vacib məqam olduğunu vurğulayıb. 

Layihə rəhbəri, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyib ki, məqsəd elektrik enerjisinin bərpa olunan enerji qaynaqlarından alınması ilə karbon emissiyasının azaldılmasına xidmət etməkdir: “Stansiyanın ümumi gücü 22 kv saatdır. Layihənin məqsədi elektromobillərin sürətli və ekoloji təmiz elektrik enerjisi ilə doldurulması nəticəsində sıfır karbon emissiyası ilə təbiəti qorumaq və Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etməkdir".

Sonra “EkoEnerji” məntəqəsində elektromobilin şarj olunma prosesi əyani olaraq iştirakçılara nümayiş etdirilib.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment