Banklar


RABİTƏBANK TOVUZDA YENİ FİLİAL AÇDI
23.06.2025

“Rahat bankçılıq” şüarına sadiq qalan Rabitəbank, müştəri məmnuniyyətini ön planda saxlayaraq ölkə üzrə filial şəbəkəsini genişləndirməyə davam edir. Bankın bu istiqamətdə növbəti addımı Tovuz şəhərində yeni filialın açılması olub. 

Bankın ölkə üzrə sayca 28-ci filialıolan Tovuz filialının açılış mərasimi keçirilib. Yeni filial Tovuz şəhəri, Sabir küçəsi 40 ünvanında yerləşir və müasir dizayn konsepsiyası əsasında tam təmir edilərək istifadəyə verilib. 









Bank bu təşəbbüslə regionlarda yaşayan müştərilər üçün bank xidmətlərini daha da əlçatan etməyi və onların gündəlik maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyib.Filialda əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur. 

Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki:”Rabitəbank olaraq məqsədimiz müasir texnologiyalar və yüksək keyfiyyətli xidmət prinsipləri əsasında, Azərbaycanın bölgələrində də rahat və əlçatan bankçılığı təmin etməkdir. Bununla yanaşı, bölgələrdə sahibkarlığın və kənd təsərrüfatı sahəsinin maliyyə cəhətdən dəstəklənməsi bankımız üçün strateji əhəmiyyət daşıyır.”

Tovuz Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Zeynalov öz çıxışında bildirib ki:“Rabitəbankın Tovuzda yeni filialının açılması rayonumuzun sosial-iqtisadi inkişafına verilən dəyərli töhfədir. Bu addım həm rayon sakinlərinin bank xidmətlərinə daha rahat çıxışını təmin edəcək, həm də regionda məşğulluğun artmasına və iqtisadi fəallığadəstək olacaq. Bank kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.”

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment