Digər xəbərlər


Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş xüsusi sessiya keçirilib
23.06.2025

6-cı DİM Dialoqunun xüsusi sessiyasında Azərbaycanda dayanıqlı inkişafa nail olunmasında insan kapitalının inkişafı, ömürboyu öyrənmə və müasir bacarıqlara yiyələnmə istiqamətində görülən işlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident Əlaqələndiricisinin ofisinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı inkişafa nail olunması üçün ömürboyu öyrənmə və gələcək bacarıqlar” mövzusunda 6-cı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunun xüsusi sessiyası keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov BMT ilə səmərəli əməkdaşlığı vurğulayıb, Azərbaycanın regionda və Müstəqil Dövlətlər Birliyi məkanında BMT-yə 4 Könüllü Milli Hesabat təqdim edən yeganə ölkə olduğunu bildirib. Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2025-ci il üzrə Könüllü Milli Hesabatlar nəşrində ölkəmizdə DİM-lərin icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub.

Sessiyada ölkəmizin 2030-cu ilədək 5 milli prioritetindən biri olan və DİM-lərlə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində ömürboyu öyrənmənin, müasir biliklərin və rəqəmsal bacarıqların artırılmasının rolu vurğulanıb. Rəqabətqabiliyyətli insan resurslarının formalaşdırılmasında müasir dövrün tələblərinə uyğun təhsilin önəmi qeyd edilib. Bu gün dünya qarşısında duran çağırışlar – iqlim dəyişmələri, sürətli texnoloji transformasiyalar yalnız texniki biliklərlə kifayətlənməyi deyil, yeni bacarıqlara sahib olmağı tələb edir. Tənqidi düşüncə, yaradıcılıq, komanda işi kimi bacarıqlar müasir dövrdə əsas ixtisaslar qədər önəm daşıyır.

Tədbirdə Azərbaycanda insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, peşəkar kadrlar bankının yaradılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

İnsan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM tərəfindən Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə “4Sİ (Dördüncü Sənaye İnqilabı) Akademiyası” təşkil edildiyi, layihədən minlərlə vətəndaşımızın faydalandığı diqqətə çatdırılıb. Ölkəmizdə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaq üçün “4Sİ Akademiyası” çərçivəsində başlayan “Milli Proqram” layihəsi davam edir. Bu ilin aprel ayından başlayan bu layihə çərçivəsində 1 il ərzində on minlərlə vətəndaşımıza 300-dən çox universitet və onlarla aparıcı texnologiya şirkətlərinin təqdim etdiyi 8000-dən çox təlimdən ödənişsiz yararlanmaq imkanı yaradılıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın DİM məqsədlərinə çatmaq istiqamətində gördüyü işləri təqdir edib, davamlı inkişaf üçün ömürboyu öyrənmənin əhəmiyyətinə dair fikirlərini bölüşüb.

McKinsey & Company-nin nümayəndəsi Gözde Kızılırmak qlobal tendensiyalar və ömürboyu təhsilin iqtisadi inkişafda əhəmiyyəti barədə danışıb. Beynəlxalq Əmək Təşkilatının eksperti Özge Berber-Agtaş və ADA Universitetinin dosenti Anar Vəliyev təqdimatlarla çıxış edərək inklüziv məşğulluq siyasətləri və müasir bacarıqların formalaşmasına təsir edən qlobal trendlər barədə məlumat veriblər.

Tədbir interaktiv müzakirələrlə davam edib, ömürboyu təhsilin iqtisadi artımda və rəqabətqabiliyyətli insan kapitalının inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, indiyədək 5 “DİM Dialoqu” təşkil olunub. Dialoqlar çərçivəsində hökumət nümayəndələri, BMT təmsilçiləri, vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrin ekspertləri arasında bir sıra aktual mövzular üzrə müzakirələr aparılıb.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment