Digər xəbərlər


“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək
23.06.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Efiopiya dövlətinə səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Temesgen Tirunehlə görüşüb.

​Görüş zamanı Efiopiya tərəfi “ASAN xidmət” təcrübəsi əsasında qurulan “MESOB” mərkəzinin formalaşmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib. Ölkəmizin qabaqcıl təcrübəsi əsasında burada fəaliyyət göstərən dövlət xidmətləri mərkəzlərinin sayının daha da artırılacağı diqqətə çatdırılıb.

​Dövlət Agentliyinin sədri “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətinin vətəndaşların yüksək etimadını qazanacağına əminliyini ifadə edib və növbəti mərkəzlərin yaradılması zamanı Efiopiya tərəfinə dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.

​Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Afrika İttifaqı Komissiyası sədrinin müavini Selma Haddadi arasında da görüş keçirilib. Qarşı tərəfə “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən müxtəlif innovativ layihələr barədə təqdimat edilib.

Afrika İttifaqı Komissiyasının nümayəndəsi öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib. O, bu təcrübənin İttifaqa üzv dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Dövlət Agentliyinin sədri Efiopiyanın Süni İntellekt İnstitutunun rəhbəri, həmçinin İnvestiya Komissiyasının rəhbəri ilə də görüşüb. Görüşlər çərçivəsində dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment