Banklar


Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı
21.06.2025

18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, ictimai birliklərinnümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə ölkə əhəmiyyətli bu layihədə tərəfdaş olmaqdan qürur duyduğunu bildirib: “Artıq 6 ildir ki, bank olaraq bu layihədə Marsol ilə bir yolda addımlayırıq. Biz bunu tərəfdaşlıqdan daha çox, ölkəmizdə sahibkarlığın inkişafına xidmət edən dostluq missiyası kimi görürük. Hamımız bilirik ki, uğur heç vaxt təkbaşına mümkün olmur. Bir ideyanın böyüyüb güclü biznesə çevrilməsi üçün cəsarətli addımlarla bərabər münbit şərait olmalıdır. Məhz bu şəraitin formalaşmasında dövlətimizin rolu əvəzsizdir. Biz də bu siyasətə dəstək olmaq üçün fokusumuzu sahibkarlara zaman qazandıracaq, müasir dövrün tələbi olan rəqəmsal həllərə yönəltmişik.Bu məqsədlə yaratdığımız Birbank Biznes platforması bu gün sadəcə bir mobil tətbiqi deyil, həm də sakibkarların etibarlı rəqəmsal köməkçisidir. Hazırda 27 mindən çox hüquqi şəxs və 115 mindən çox fərdi sahibkar gündəlik maliyyə əməliyyatlarını bizə etibar edir. Bu rəqəmlərin arxasında dayanan etimad bizim üçün ən böyük dəyərdir”.

Qeyd edək ki, 30 000-ə yaxın ziyarətçininqatıldığı sərgidə 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün KOBİA tərəfindən xüsusi şərait yaradılıb. Belə ki, sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya kimi sahələrdə fəaliyyət göstərən həmin mikro və kiçik sahibkarlıq subyektləri sərgidə ödənişsiz olaraq iştirak ediblər. 

Layihənin həyata keçirilməsində məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. 

Bakı Ekspo Mərkəzində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və“Marsol Group”un birgə təşkilatçılığı, həmçinin Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) oldu tərəfdaşlığı ilə baş tutub.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment