"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
21.06.2025
4 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.06.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2005023513
İstiqraqzların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
1,000 ABŞ dolları
Buraxılış həcmi
10,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi
5.5%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir