Digər xəbərlər


For You Baku layihəsinin satış ofisinin rəsmi açılışı Çıraq Plazada baş tutdu
14.06.2025

 Azərbaycanın aparıcı şirkəti “AS Group” və Qazaxıstanın nüfuzlu tikinti şirkəti Bİ Group tərəfindən birgə həyata keçirilən premium yaşayış layihəsi “4You Baku”nun satış ofisi Çıraq Plazada fəaliyyətə başladı. Çıraq Plaza biznes mərkəzində yerləşən ofis, həm şəhərin mərkəzinə yaxın mövqeyi, həm də layihənin inşa edildiyi əraziyə birbaşa yaxınlığı ilə seçilir. Bu isə müştərilər üçün ərazi ilə yerində tanış olmağa və daha çevik qərar verməyə şərait yaradır.

Rəsmi açılış mərasimi məhz Çıraq Plazada keçirildi və tədbirdə hər iki şirkətin rəhbər heyəti, media nümayəndələri, eləcə də tikinti və daşınmaz əmlak sektorunun müxtəlif mütəxəssisləri iştirak etdilər.

Tədbirin giriş hissəsində “AS Group” və “BI Group” nümayəndələri layihənin konsepsiyası, mərhələləri və təklif etdiyi üstünlüklər barədə təqdimatla çıxış etdilər. Daha sonra Çıraq Plazadakı satış ofisinin rəmzi qırmızı lentinin kəsilməsi ilə açılış mərasimi rəsmiləşdirildi.

Qonaqlara hər iki şirkətin fəaliyyəti, layihə ilə bağlı təqdimatlar və interaktiv vizuallar təqdim edildi. Ziyarətçilər, Çıraq Plazadakı ofisdə mənzil planları ilə tanış olmaq və ərazidə canlı görüntüləri izləmək imkanına sahib oldular.

Açılış tədbiri furşet, canlı musiqi və simvolik tort kəsimi ilə davam etdi. Çıraq Plazadakı satış ofisinin müasir interyeri və rahat ab-havası tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

“4 You Baku” yaşayış kompleksi müasir memarlıq, ağıllı ev texnologiyaları və komfortlu həyat tərzini birləşdirən, Bakı şəhərinin premium daşınmaz əmlak bazarına yeni nəfəs gətirəcək bir layihədir. Layihə haqqında ətraflı məlumat almaq və mənzil seçimləri ilə tanış olmaq üçün Çıraq Plaza, 1-ci mərtəbədə yerləşən satış ofisinə yaxınlaşa bilərsiniz.

1995-ci ildə əsası qoyulmuş “BI Group” indiyədək doqquz ölkədə layihələr həyata keçirmiş və 7 milyon kvadratmetrdən artıq yaşayış sahəsi inşa edərək, təxminən 500 min Qazaxıstan vətəndaşını mənzillə təmin etmişdir. Holdinq yaşayış, kommersiya və infrastruktur tikintisini, eləcə də sənaye layihələri və daşınmaz əmlakın idarə olunması sahələrini inkişaf etdirir. Hazırda şirkət Mərkəzi Asiya və Qafqaz ölkələrində, həmçinin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərir.

“AS Group”2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir. Şirkət və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiniz.














 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment