Digər xəbərlər


PAŞA Kapital-dan 1 iyuna özəl “Hər bir uşaq üçün inklüziv dünya” adlı sosial layihə
02.06.2025

PAŞA Kapital İnvestisiya Şirkəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər bir uşaq üçün inklüziv dünya” adlı sosial layihəni uğurla icra etdi. 

Layihənin əsas məqsədi hər bir uşağın cəmiyyətə inteqrasiyasını, digər uşaqlarla birlikdə öyrənmə, əylənmə və inkişaf etmə hüquqlarını tanımaq və təmin etmək, eyni zamanda cəmiyyətdə inklüzivlik mədəniyyətinin inkişafına töhfə verməkdir.

Ümumilikdə 50 nəfərə yaxın – fiziki məhdudiyyətli, autizm və daun sindromlu, aztəminatlı ailələrdən, həmçinin internat məktəblərindən olan uşaqların iştirak etdiyi bu layihə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Sosial Xidmətlər Agentliyivə “Bilim Bakı” mərkəzinin tərəfdaşlığı əsasında həyata keçirildi.








Layihə iştirakçıları “Bilim Bakı” mərkəzinin müxtəlif – astronomiya, kosmos və aviasiya laboratoriyası, dizayn, riyaziyyat və texnologiya laboratoriyalarındakı imkanlardan faydalanaraq, birlikdə bacarıqlarını inkişaf etdirdilər, yeni təcrübə qazandılar, öz yaradıcı dünyalarını kəşf etdilər.   

Layihənin rəsmi açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin Kommunikasiya və Marketinq departamentinin direktoru Aysel Cəbrayılova, “PAŞA Kapital İnvestisiya Şirkəti”nin Marketinq Direktoru Gülşən Cumayeva, Sosial Xidmətlər Agentliyinin Stasionar Sosial Xidmətlərin Təşkili departamentinin müdiri Məftunə İsmayılova, “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse iştirak ediblər. 

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin Marketinq Direktoru Gülşən Cumayeva, “Bu təşəbbüsümüzün əsas məqsədi hər bir uşağın sevgi, qayğı və bərabər hüquqlarla cəmiyyətimizə inteqrasiya olunmasına töhfə vermək, sosial inklüzivliyin təşviqinə dəstək olmaq və bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin xüsusi əhəmiyyətini vurğulamaq olub” deyə, qeyd edib. 

PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz. 

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment