Digər xəbərlər


*Gəncliyin səhnəsi açılır: "SUITSMUN 2025" - Bizim gələcəyimiz, bizim diplomatiyamız!*
27.05.2025

2025-ci ilin iyun ayında diplomatiya və gənclərin beynəlxalq düşüncə mübadiləsinə dair tədbir keçiriləcək. 7-8 iyun tarixlərində Landau Seabreeze kompleksində baş tutacaq "SUITS IMUN25" (Model Birləşmiş Millətlər Təşkilatı konfransı) ölkənin ən parlaq gənclərini bir araya gətirəcək.

Bu tədbir gənclərin diplomatik dünyaya addım atması, qlobal problemləri müzakirə etməsi və real dünya simulyasiyaları ilə beynəlxalq məsələlərə dair qərarların qəbulunda iştirak etməsi üçün unikal platformadır. SUITS IMUN bir konfransdan daha çoxunu vəd edir – bu, fikir mübadiləsi, liderlik bacarıqlarının inkişafı, sosial dinamika və yenilik ruhunun birləşdiyi canlı bir təcrübədir.

SUITSMUN 2025-in əsas məqsədi – gənclərin diplomatiya, liderlik və beynəlxalq münasibətlər sahəsində potensialını kəşf etmək və onları gələcəyin qərarverici simaları kimi formalaşdırmaqdır.

Layihənin əsas rəhbəri, gənc və enerjili vizyon sahibi Rüstəm Rüstəmli, layihəni belə təqdim edir:



"SUITSMUN 2025" – hər bir gəncin öz sözünü deməsi, düşüncələrini dünyaya çatdırması və birgə gələcəyimizi formalaşdırması üçün bir platformadır. Bu, sadəcə debat deyil, ideyaların festivalıdır!”

İki gün ərzində iştirakçılar müxtəlif beynəlxalq təşkilatların simulyasiya edilmiş komitələrində iştirak edəcəklər. Onlara diplomatik missiyaların nümayəndəsi kimi çıxış etmək, öz təmsil etdikləri ölkənin maraqlarını müdafiə etmək və konsensus əsasında qərarlar qəbul etmək tapşırığı veriləcək. Bu, təkcə bilik yox, həm də strateji düşüncə, çıxış qabiliyyəti, analitik bacarıq və komandada işləmə vərdişləri deməkdir.

Hər bir iştirakçı öz ölkəsinin nümayəndəsi rolunda çıxış edərək həll yolları irəli sürəcək, qətnamə layihələri hazırlayacaq və diplomatik prosesləri yaşamaq şansı əldə edəcək.

"SUITS IMUN 25" yalnız tədbir günləri ilə məhdudlaşmır. İştirakçılar üçün əvvəlcədən nəzərdə tutulmuş təlim proqramı vasitəsilə onlara BMT prosedurları, debat strukturu, çıxış texnikaları, qətnamə yazılışı və lobbiçilik bacarıqları öyrədiləcək. Təcrübəli MUN məzunları və natiqlər bu prosesə mentorluq edəcək.

Konfrans diplomatiyanın rəsmi çərçivəsindən kənara çıxaraq, iştirakçılara əyləncəli və yaddaqalan anlar da təqdim edəcək. Basketbol turniri, skuter gizlənqaç oyunu, domino və 11Tuş yarışları, şəbəkələşmə çay-kofe fasilələri və tədbirin rəsmi "Afterparty"si – "Restore Beach"də təşkil olunacaq axşam tədbiri – iştirakçılar arasında güclü sosial əlaqələr qurmağa şərait yaradacaq.

"SUITS IMUN 25" ali və orta ixtisas təhsili alan tələbələr, məktəblilər və yeni məzun olmuş gənclər üçün açıqdır. Əvvəlki MUN təcrübəsi vacib deyil – əsas olan maraq, təşəbbüskarlıq və öyrənməyə açıq olmaqdır. İştirakçı olmaq və bu unikal təcrübəni yaşamaq istəyən hər kəs artıq biletlərini əldə edə bilər. Qeydiyyat prosesi sadədir və onlayn şəkildə həyata keçirilir: ➡ https://suitsimun.com/

Qeyd edək ki, nümayəndə paketi yalnız debat zalına deyil, bütün yan tədbirlərə, təlimlərə, qidalanmaya və sertifikatlara da tam giriş imkanı verir


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment