Fond birjası


Bakı Fond Birjasının tərəfdaşlığı ilə Maliyyə İnvestisiya Forumu baş tutub
27.05.2025

23 may 2025-ci il tarixində Bakı Fond Birjasının tərəfdaşlığı ilə Maliyyə İnvestisiya Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov, Azərbaycan Kapital Bazarları Assosiasiyasının direktorlar şurasının sədri Orxan Bağırovun nitqləri ilə açıq elan olunmuşdur.

Forumda məruzəçi qismində Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş kommersiya inzibatçısı Oqtay Qasımov və Qazaxıstan Fond Birjasının Emitent və İnvestorlarla iş Departamentinin rəhbəri Aziza Bayjanova kapital bazarlarında institusional inkişaf, alternativ maliyyələşmə alətləri, texnoloji innovasiyalar və rəqəmsallaşmanın rolu mövzularında çıxış ediblər.

Forum çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə iki panel – “İnvestisiyanın gücü və yeni trendlər” və “Uğurlu investisiya qərarları” mövzularında müzakirələr təşkil olunub. 

“İnvestisiyanın gücü və yeni trendlər” və “Uğurlu investisiya qərarları” adlı paneldə “Kalkınma Yatırım Bankası”nın İnvestisiya Bankçılığı üzrə rəhbəri Dilan Pamir və Baş direktorun müavini, Davamlılıq və Təsir lideri Seçil Yıldız öz təçrübələri ilə paylaşıb. Spikerlər sırasında yerli və xarici kapital bazarı iştirakçıları, iqtisadçılar, analitiklər və investorlar yer alaraq qlobal bazarların çağırışları fonunda Azərbaycanın maliyyə bazarlarının dayanıqlılığı və potensialını müzakirə ediblər.

Forumun əsas məqsədi ölkədə kapital bazarlarının inkişafına, maliyyə savadlılığının artırılmasına, investisiya mühitinin təkmilləşdirilməsinə və yerli bazarın beynəlxalq trendlərə inteqrasiyasına diqqət çəkmək idi. Forumda dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi apardılar.

Maliyyə İnvestisiya Forumu kapital bazarlarının inkişafında vacib rol oynayan platforma kimi ölkədə investisiya mədəniyyətinin formalaşmasına, iştirakçıların bir araya gəlməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verib. 

Forum Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və Facemark şirkətinin birgə təşkilatçılığı keçirilib.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment