"Kapital Bank" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur
23.05.2025
24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 02.05.2025-ci ildə başlayaraq, 20 təqvim günün ərzində aparılıb, mayın 21-də yekunlaşmışdır.
"Kapital Bank" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 23.05.2025-ci il tarixində baş tutmuşdur.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Kapital Bank" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2016005152
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı
300,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
30,000,0000 manat
İllik gəlirlilik faizi
11%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir