"KREDİT EVİ" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
22.05.2025
12 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002021494 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"KREDİT EVİ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002021494
İstiqraqzların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
1,000 ədəd
İlkin ticarət qiyməti
1,000 manat
Buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
17%
Ödəmə periodu
Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) günündən bir