Digər xəbərlər


PR Point Baku “Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər” mövzusunda tədbir etdi
20.05.2025

19 may 2025-ci ildə PR Point Baku’nun təşkilatçılığı ilə “Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər” mövzusunda xüsusi tədbir keçirildi. Grand Hotel-in daxilində yerləşən Le Grand restoranında baş tutan görüşdə media mütəxəssisləri, jurnalistlər və PR sahəsində çalışan yerli iştirakçılar bir araya gəldilər.

Tədbirin əsas qonağı türkiyəli peşəkar jurnalist İşık Tuncel idi. O, enerji jurnalistikasının aktuallığını, bu sahədə baş verən yenilikləri və enerjinin media vasitəsilə cəmiyyətə necə çatdırıldığını təhlil etdi. Həmçinin enerji sektorunda medianın rolu və bu sahədə tətbiq olunan yeni texnologiyalarla bağlı təcrübəsini iştirakçılarla bölüşdü.

Azərbaycanlı media eksperti, jurnalist Məhəmmədəli Ələkbərov isə müasir medianın inkişaf trendləri, rəqəmsal dönüşüm və yeni jurnalistika metodları barədə çıxış etdi. O, sosial media və yeni platformaların jurnalistika sahəsinə təsiri, həmçinin jurnalistlərin bu dəyişikliklərə necə uyğunlaşmalı olduqları barədə praktiki nümunələr təqdim etdi.

Tədbirin açılışını PR Point Baku-nun təsisçisi və direktoru Aida Ramiz edib. O, tədbirin məqsədinin enerji jurnalistikasında yeni trendləri işıqlandırmaq, jurnalistlər üçün bilik və təcrübə paylaşımı mühiti yaratmaq, eləcə də Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa töhfə vermək olduğunu bildirib.











Tədbirdə enerji sektorunda media və jurnalistikanın rolu, enerji jurnalistikasında yeni texnologiyalar və yanaşmalar, müasir medianın transformasiyası və rəqəmsallaşma, sosial media və yeni platformaların jurnalistikada rolu, həmçinin Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı və təcrübə mübadiləsi kimi mövzular müzakirə olunub. Bununla yanaşı, müasir mətbuatda gündəmdə olan məsələlər və jurnalistikanın inkişaf istiqamətləri barədə də geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, PR Point Baku bu kimi silsilə tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment