"Azər Türk Bank" ASC-ya məxsus sənədsiz adlı adi səhmləri emitentin bölüşdürülməmiş mənfəəti hesabına nominal dəyərinin artırılması ilə əlaqədər olaraq AZ1003004426 İSİN kodla delistinq olunur, yeni AZ1004004425 İSİN kodlu sənədsiz adlı adi səhmlər “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmentinə alınır.
Qeyd edək ki, “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-na əsasən, bir buraxılış daxilində hissəvi listinqə yol verilmir və listinqə qəbul ümumi kapitallaşdırma əsasında həyata keçirilməlidir.