"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
15.05.2025
21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Unibank Kommersiya Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2018002025
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
4,000 ədəd
İlkin ticarət qiyməti
1,000 ABŞ dolları
İstiqrazların buraxılış həcmi
4,000,0000 ABŞ dolları
İllik gəlirlilik faizi
8%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir.