Digər xəbərlər


Tibb-də PR nədir?
13.05.2025

“Tibb-də PR” rubrikası

Mərkəzi Gömrük Hospitalının 

PR üzrə mütəxəssisi Dilarə Zamanova   

Tibb-də PR nədir?

İlk öncə PR ifadəsinə aydınlıq gətirim. PR ingilis dilində “Public relations”  ifadəsinin qısaltması olaraq Azərbaycan dilinə tərcümədə “İctimaiyyətlə əlaqələr” deməkdir. PR cəmiyyətlə effektiv ünsiyyət qurmaq və etimad yaratmaq məqsədilə aparılan sistemli kommunikasiya, eləcə də  məlumatlandırma, maarifləndirmə və qarşılıqlı əlaqələrin qurulması funksiyalarını yerinə yetirən bir fəaliyyət sahəsidir. Müasir PR fəaliyyəti yalnız informasiya ötürməkdən ibarət deyil – bu, strateji düşüncə, əlaqələrin qurulması və uzunmüddətli dəyər yaratmaq sənətidir. PR qurumun ictimaiyyət, tərəfdaşlar, media nümayəndələri və digər maraqlı tərəflərlə münasibətlərini strateji və planlı şəkildə təşkil etməyə və idarə etməyə xidmət edir.

PR fəaliyyətinin funksiyaları:

Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi; 

Brendə olan inamın və etibarlılığın artırılması;

Müsbət imicin formalaşdırılması və davamlı olaraq qorunması;

Cəmiyyət və pasiyentlərlə kommunikasiyaların qurulması;

Böhran vəziyyətlərində reputasiyanın qorunması və bərpası;

Müsbət ictimai imicin formalaşdırılması və davamlı olaraq qorunması;

Müsbət informasiya mühitinin yaradılması və davamlı olaraq inkişaf etdirilməsi.

Bəs brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi üçün nə etmək lazımdır?

1. Strateji hekayə quruculuğu üsulundan istifadə etmək. 

Bir brendin mahiyyətini, dəyərlərini və məqsədlərini cəmiyyətə ardıcıl şəkildə çatdırmaq üçün istifadə olunan PR metodudur. Bu, sadəcə faktların paylaşılması deyil, hekayə formatında auditoriyanın yaddaşında qalacaq və onlarda emosional reaksiya yaradacaq bir təqdimat üsuludur.

 Strateji hekayə quruculuğunun əsas komponentləri

1.Mənşə hekayəsi:

– Brend necə yarandı? 

2.Missiya və vizyon:

– Brend nə üçün mövcuddur? Cəmiyyətə və ya sektoruna necə töhfə verir?

3. Dəyərlər və emosional ton:

– Brend hansı prinsiplərə sadiqdir?

4. Real insanlar və hadisələr:

– Təsisçi, əməkdaş və ya pasiyent təcrübələrindən olan hekayələr. 

Strateji hekayə yazmaq üçün aşağıda qeyd olunmuş suallardan istifadə etmək olar.

1. Başlanğıc nöqtəsi – haradan başladıq?

2. Motivasiya – niyə bu sahəni seçdik?

3. Əsas dəyərlər və məqsəd – biz nə üçün varıq?

4. Çətinliklər və uğurlar – hansı maneələri aşdıq?

5. Cəmiyyətə verdiyimiz töhfə – bizə görə uğur nədir?

6. Gələcəyə baxış – bundan sonra nə planlaşdırırıq?

Bəs brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi istiqamətində strateji hekayə niyə vacibdir?

Auditoriya ilə emosional bağ qurur;

Brendi rəqiblərdən fərqləndirir;

Mediya üçün maraqlı kontent yaradır;

Daxili kommunikasiya üçün motivasiya vasitəsidir.

Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi istiqamətində bir sıra digər üsullar mövcuddur. 

Ardı var.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment