Bank "BTB" ASC-in istiqrazlarının abunə yazılışı üsuli ilə yerləşdirilməsi baş tutmuşdur
07.05.2025
21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 29.04.2025-ci ildə başlayaraq, mayın 7-də yekunlaşmışdır.
Bank "BTB" ASC-in istiqrazlarının abunə yazılışı üsuli ilə yerləşdirilməsi 07.05.2025-ci il tarixində baş tutmuşdur.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
Bank "BTB" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2005009447
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı
3,000 ədəd
İlkin ticarət qiyməti
1,000 manat
İstiqrazların buraxılış həcmi
3,000,0000 manat
İllik gəlirlilik faizi
14%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.