28 aprel 2025-ci il tarixində "Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının Əməliyyat Departamentinin rəhbəri Mətin Yolçiyev və Ticarət və Dəstək üzrə böyük inzibatçısı Rübabə Mustafayeva tələbələr üçün “Bakı Fond Birjasında ticarətin təşkili” mövzusunda təlim keçiriblər. Təlim zamanı Bakı Fond Birjasının yerli kapital bazarlarında rolu, ticarət mexanizmlərinin işləmə prinsipləri barədə məlumat verilib. Sonda BFB-nin təlimçiləri tərəfindən qısa kviz təşkil olunub və ən aktiv tələbələrə mükafatlar verilib.
UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış "Maliyyə laboratoriyası" 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində "Maliyyə laboratoriyası"nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.
Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.