Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır
28.04.2025
25 aprel 2025-ci il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 58,688,400.00 AZN, repo faiz dərəcəsi 6.00%-7.50% təşkil edən bağlanılmış 23 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 6.5%, 1W AINAAO (6-8 gün) üzrə 6.3% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 6.60% təşkil etmişdir.