BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
22.01.2025
20 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 23 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT "İnternational" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2024021027/ AZ2023021028
AZ2022021029/ AZ2021021020
İstiqrazın növü və forması
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması
Kütləvi / Rəqabətli
İstiqrazın sayı
1,000 (ədəd)
İlkin ticarət qiyməti
1,000 manat
İstiqrazın buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir