Fond birjası


“Bakı Fond Birjası”nın nümayəndə heyəti Yaxın Şərq İnvestorlarla Əlaqələr Assosiasiyasının tədbirində iştirak edib
16.12.2024

11-12 dekabr 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın (BFB) nümayəndə heyəti Abu Dabidə baş tutmuş Yaxın Şərq İnvestorlarla Əlaqələr Assosiasiyasının (MEİRA) tədbirində iştirak edib.

Yaxın Şərq İnvestorlarla Əlaqələr Assosiasiyası (MEIRA) investor münasibətlərini Yaxın Şərqdə ən yaxşı şəkildə təşviq edən qeyri-kommersiya təşkilatıdır. Hər il təşkil olunan bu tədbirdə regionda listinqdə olan emitentlər, beynəlxalq şirkətlər və dünyanın aparıcı fond birjalarının rəhbər nümayəndələri, investorlar, analitiklər və regionun tənzimləyici orqanlarının nümayəndələri bir araya toplanır. Abu Dabi Fond Birjasının (ADX) tərəfdaşlığı ilə baş tutan tədbirdə investor münasibətləri istiqamətində ən son tendensiyalar, regional kapital bazarlarının təcrübə və imkanları, fərdi investorlarla davamlı münasibətlərin yaradılması, inkişaf edən bazarlarda investorların inamının artırılması kimi mövzular müzakirə edilib.

Tədbirdə iştirakla bərabər Bakı Fond Birjasının nümayəndə heyəti Abu Dabi Fond Birjasının nümayəndə heyəti ilə görüşərək ölkələrin kapital bazarlarının inkişaf perspektivləri, fond bazarları arasında təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda müzakirələr aparıb.

Xatırladaq ki, MEİRA konfransının əsas məqsədi maraqlı tərəflərlə investor münasibətləri, şəffaflıq və korporativ idarəetmənin əhəmiyyəti haqqında maarifləndirmə, bazar problemləri və ən qabaqcıl təcrübələr ətrafında dialoqu təşviq etməkdir.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment