Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2079008689 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 6 dekabr 2024-cü il tarixində növbəti ödəniş aparılmışdır.
Növbəti faiz ödənişi dövründə 3.25%-lik faiz gəliri 950.0000 manat məbləği əsasında hesablanacaqdır.
Bakı Fond Birjasında AZ2079008689 İSİN-li istiqrazları ilə ticarət edərkən istiqrazların baza qiymətinin 950.0000 manat olması nəzərə alınacaqdır.