Müsahibə - Vagif Babayev - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Vagif Babayev


AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru
AccessBank-ın yeni xidməti ilə bu günün işini sabaha saxlamayın.

Biznes kreditləşməsi üzrə bank sektorunun liderlərindən biri olaraq, müştərilərinin tələbatı əsasında AccessBank mütəmadi şəkildə bazara yeni məhsullar çıxarır.

Bu cür məhsullardan biri də overdraftdır. Bu terminin arxasında nəyin gizləndiyini çox adam bilmir. Qısaca onu deyə bilərik ki, overdraft spesifik şərtləri olan kredit məhsuludur.

- Vaqif bəy, əvvəla, overdraftın nə olduğunu açıqlayın.

- Bu terminin tərcüməsi "layihədən daha artığı" mənasını verir. Başqa sözlə, AccessBank sizə yalnız hesabınızda olan vəsaiti xərcləməyə imkan vermir, eyni zamanda bir qədər borc götürməyə da imkan yaradır.

Overdraftdan yararlanan müştərilərimiz, cari hesabında vəsaitin olmamasına baxmayaraq, müxtəlif ödənişlər həyata keçirə bilərlər.Bu məhsul qısamüddətli likvidlik çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub. Sadə dildə desək, biz müştəriyə overdraft təklif edirik, çünki qısa müddət sonra onun hesabına vəsaitin daxil olmasından əminik.

Sual oluna bilər ki, bu, nə üçün lazımdır? Müştərilərimizin hesabına daxilolmalar heç də hər zaman onların ödəniş (mal və əmtəə, vergi, əməkhaqqı) tarixləri ilə üst-üstə düşmür. Buna görə, müştəri AccessBank-dan borc götürür və hesabına vəsait daxil olan an borcunu qaytarır.

Bir məqamı da diqqətinizə çatdırım ki, ödənişi həyata keçirmək üçün müştərilərimizin filiala getməyinə ehtiyac yoxdur: vəsait hesaba daxil olan kimi, borc avtomatik olaraq silinir.

- Gəlin overdraft ilə kreditinəsas fərqlərini detallı incələyək...

-Fərqlərdən biri odur ki, kredit konkret məqsədlər üçün (məsələn, məhsul, əmlak alışı və s.) verilir. Kreditin bəlli bir ödəniş qrafiki olur və müştəri ödədiyi vəsaitdən yenidən istifadə edə bilməz. Overdraft isə yenidən bərpa olunan məhsuldur.

Yəni müştəri onu müəyyən ödənişlər üçün istifadə edir, cari hesaba vəsait daxil olan kimi isə borc avtomatik olaraq bağlanır. Maraqlı məqamlardan biri odur ki, müştəri yalnız overdraftdan faktiki istifadə etdiyi günlər üzrə ödəniş edir.

Digər fərq isə rəsmiləşmənin sürətindədir. Overdraftın rəsmiləşməsi üçün minimalsənədlər paketi tələb olunur. Əsas şərt bank hesabı (həm AccessBank, həm də digər banklarda) üzrə dövriyyənin mövcudluğudur.

- Başqa sözlə, biz deyə bilərik ki, overdraft almaq üçün yalnız müştərinin ərizəsi kifayət edir?


- Bəli. Digər sənədləri bizim əməkdaşlarımız tərtib edəcək. Qeyd edim ki, overdraft maksimum 2 günə verilir.

- Bəs overdraftın limitinecə müəyyən olunur?

-Overdraftın limiti müştərinin hesabına daxil olan orta aylıq vəsaitdən asılıdır. Müştərinin biznesinin spesifikliyindən və onun kredit tarixçəsindən asılı olaraq, overdraftın limiti 20-80% aralığında dəyişə bilər.

-Overdraftın əsas üstünlükləri hansılardır?

- Overdraftın üstünlüklərindən danışarkən ilk növbədə onu qeyd etmək istərdim ki, müştərilərimiz müəyyən limit çərçivəsində istənilən vaxt onlara lazım olan vəsaiti əldə edə bilərlər. Yeri gəlmişkən, pul vəsaitini qeyri-məhdud sayda əldə etmək olar - bu, bərpa olunan resursdur.

Digər üstünlüyü odur ki, overdraft qısamüddətli xərclərin ödənilməsinə hesablanmış kredit məhsuludur. Başqa sözlə desək, kredit resurslarını istənilən məqsədə yönəltmək olar. Faizlər yalnız overdraftın istifadə olunan məbləğinə hesablanır.

Əgər overdraft istifadə olunmayıbsa, faiz hesablanmır. Qeyd etməyə dəyər ki, kreditin məbləği mütəmadi olaraq bərpa olunur. Bankla yeni kredit müqaviləsi imzalamağa ehtiyac yoxdur. Müəyyən limitədək girov tələb olunmur. Overdraft sahibkarlara biznes tsiklində gecikmələrdən yayınmağa imkan verir.

- Bu məhsulun müştərilər tərəfindən seçilməsinə təsir edən əsas amillər hansılardır?

-Müəyyən limitədək overdraftlar girovsuz, 1 gün ərzində və tam maliyyə analizi aparılmadan verilir. Bu isə məhsulu olduqca əlçatan edir.

AccessBank-ın bu məhsulunun iş prinsipi ondan ibarətdir ki, müştərilərimiz hesabında sıfır gördükdə, narahat olmaya bilərlər. Çünki AccessBank-ın overdraft məhsulu ilə sıfır o qədər də pis deyil!

Hesabınızda kifayət qədər vəsait olmasa belə, overdraftın köməyi ilə təcili ödənişlərinizi həyata keçirmək üçün siz zəruri vəsaiti əldə edə biləcəksiniz.

AccessBank biznesdə maliyyə operativliyinin vacibliyini anlayır və məhz overdraft ilə siz bu əminliyi hiss edə bilərsiniz.


04/07/2019






06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment