Bank müdirləri - Accessbank - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Bank müdirləri - Accessbank




Davit Tsiklauri
İdarə Heyətinin Sədri

Davit Tsiklauri maliyyə sektorunda 15 ildən çox təcrübəyə malikdir. O, AccessBank-a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da Qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub. 

Cənab Tsiklauri 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında - Bank of Georgia-da Baş Maliyyə İnzibatçısı və TBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb. 

Bundan öncə isə cənab Tsiklauri Deutsche Bank-ın London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib. 

David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Gürcü, rus və ingilis dillərini bilir.

E-mail:  info@accessbank.az
Tel: 151


Yevgeniya Qaşikulina
İdarə Heyətinin Sədrinin Birinci Müavini


Yevgeniya Qaşikulina mikro, kiçik və orta sahibkarlığın, pərakəndə biznesin inkişafı, kredit risklərinin iradəolunması, personalın kvalifikasiyasının artırılması sahələrində 17 illik iş təcrübəsinə malikdir.

O, 2019-cu ilin aprel ayınadək müxtəlif ölkələrdə və fərqli əməliyyat mühitində və təşkilatlarda iş təcrübəsi toplayaraq "I.D. Inspiring Development GmbH" şirkətində baş bankir işləyib.

2008-2015-ci illərdə Y. Qaşikulina kiçik və orta biznes sahəsində fəaliyyət göstərən "ProCreditBank" bank qrupunun Moldovadakı törəmə şirkətində müxtəlif rəhbər vəzifələri tutub.

Bank meneceri kimi fəaliyyət göstərməzdən əvvəl Y. Qaşikulina Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan ofisində bank məsləhətçisi işləyib. O, bu vəzifədə dörd tərəfdaş bankda mikromaliyyələşdirmə departamentlərinin yaradılmasına cavabdeh olub.

Y. Qaşikulina Qırğız-Rusiya Slavyan universitetində maliyyə və bank menecmenti sahəsində bakalavr dərəcəsinə yiyələnib. Bundan sonra o öz təhsilini "ProCredit" akademiyasında, Frankfurt Maliyyə və Menecment Məktəbində, Oksford Biznes Məktəbində davam etdirib.

Rus və ingilis dillərini bilir.

E-mail:  info@accessbank.az
Tel: 151


Andrey Zainulin
İdarə Heyəti sədrinin müavini


Andrey Zainulin bank sahəsində 15 illik iş təcrübəsində malikdir. Onun əsas fəaliyyəti kredit risklərinin iradəolunması və kreditlərin sağlamlaşdırılması, maliyyə və əməliyyat risklərinin idarəolunması və AML kimi sahələri əhatə edib.

A. Zainulin 2019-cu ilin aprel ayında səhmdarların ümumi yığıncağında qəbul olunan qərara əsasən İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

2017-ci ilin may ayından etibarən institusional layihələrlə məşğul olan "I.D. Inspiring Development GmbH" şirkətində baş bankir işləyib.

2015-2017-ci illərdə A. Zainulin Moldovanın "Mikroinvest" maliyyə şirkətində İdarə Heyətinin üzvü vəzifəsini tutaraq kredit portfelinin keyfiyyətinin və əməliyyat effektivliyinin yüksəldilməsi nəticəsində şirkətin inkişafına töhfə verib.

2004-2015-ci illərdə "ProCredit Bank Moldova"da müxtəlif vəzifələrdə, o cümlədən 3 il İdarə Heyəti sədrinin müavini kimi çalışıb.

A. Zainulin Moldova Dövlət Universitetini bitirib, ardınca təhsilini "ProCredit" akademiyasında, Frankfurt Maliyyə və Menecment Məktəbində davam etdirib.

Rus, ingilis və rumın dillərini bilir.

E-mail:  info@accessbank.az
Tel: 151


Zəhra Zeynalova
Əməliyyatlar üzrə Baş Direktor


Zəhra Zeynalova “AccessBank”da iş fəaliyyətinə 2006-cı ildə başlayıb. Daha sonra Bankçılıq Xidmətlərinin Rəhbəri vəzifəsinə təyin olunub. 2013-2014 illər ərzində əsas bank sisteminin miqrasiyası zamanı layihə koordinatoru rolunda çıxış edib. 2015-2018 illər ərzində İT Biznes Analiz Departamentinin rəhbəri, 2018-2020-ci illərdə İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri vəzifəsində fəaliyyət göstərib. 1 noyabr 2020-ci il tarixindən İnformasiya Texnologiyaları üzrə İcraçı direktordur.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə məzunudur.

Azərbaycan, rus, ingilis dillərini bilir.

E-mail:  info@accessbank.az
Tel: 151


Ramin Hüseynov
Maliyyə üzrə Baş Direktor


Ramin Hüseynov “AccessBank”da fəaliyyətinə 2021-ci ilin may ayında Maliyyə üzrə Baş Direktor vəzifəsində başlayıb. Cənab Hüseynov bank və real sektorda ümumilikdə 15 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.

R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.

2015-ci ildən AccessBank-a qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür.

R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.
Azərbaycan, rus və ingilis dillərini bilir.

E-mail:  info@accessbank.az
Tel: 151


Dmitriy Kazani
İnformasiya Texnologiyaları, Kartlar və Biznesə Dəstək üzrə İcraçı Direktor


Dmitri Kazani informasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malikdir.

2005-ci ildə Odessa Politexnik Universitetindən məzun olaraq Kompüter Elmləri üzrə Magistr dərəcəsi alıb. Cənab Kazani karyerasına Şərqi Avropanın informasiya texnologiyaları sahəsində aparıcı konsaltinq şirkətlərindən biri olan “Sitronics IT” şirkətində başlayıb. 2005-2016-cı illərdə Ukrayna və Rusiyanın ən böyük banklarında və telekommunikasiya operatorlarında korporativ informasiya sistemlərinin tətbiqi üzrə müxtəlif layihələrdə məsləhətçi, mühəndis, müştəri təcrübəsi rəhbəri (CRM) və biznes analitik kimi iştirak edib.

Dmitriy Kazani “AccessBank”da fəaliyyətinə 2017-ci ildə İT mühəndisliyin  optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən 2021-ci il mayınadək İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub. Ukrayn, ingilis və rus dillərini bilir.


Orxan İsmayılov
Risklərin idarə edilməsi üzrə İcraçı Direktor


Orxan İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.

Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.

Azərbaycan, rus və ingilis dillərini bilir.


İlkin Quliyev
Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor


İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir. O, “AccessBank”dan öncə müxtəlif banklarda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, İngiltərənin Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib.

Azərbaycan, rus və ingilis dillərini bilir.


Nigar Hüseynzadə
İnsan Resursları üzrə İcraçı Direktor


Nigar Hüseynzadə 2019-cu ildən “AccessBank”da İnsan Resursları departamentinin rəhbəridir.

Xanım Hüseynzadə insan resursları sahəsində iş təcrübəsinə 2005-ci ildə neft sektorunda başlayıb. “Telia Sonera” şirkətlər qrupu daxilində öncə “Azercell Telekom”da (Azərbaycan) şöbə rəhbəri, daha sonra isə 2015-2018-ci illərdə “Ucell” (Özbəkistan) şirkətində İnsan Resurları və Administrasiya üzrə departament direktoru vəzifəsində işləyib.

Nigar Hüseynzadə insan resursları sahəsində bir çox beynəlxalq səviyyəli sertifikatlara malikdir. 1 Noyabr 2020-ci il tarixindən “AccessBank”da İnsan Resursları üzrə İcraçı direktordur.

Azərbaycan Dövlət Dillər Universitetinin "Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsini fərqlənmə diplomu ilə bitirən Nigar Hüseynzadə bu sahədə maqist dərəcəsinə malikdir.

Azərbaycan, rus və ingilis dillərini bilir.




     


16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment