Banklar


18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi
19.06.2025

Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir.Elə bu məqsədlədə cari ilin yanvar ayında Kapital Bank-ın təşəbbüsü və maliyyə dəstəyi, “Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Dəyişiklik səndən başlayır!” adlı sosial layihəyə start verilib. Layihə ümumtəhsil məktəblərində bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.

Layihə çərçivəsində Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllim heyəti, eləcə də valideynlər üçün  davamlı maarifləndirici ssesiyalar keçirilib. Təlimlər “Travli.net” mərkəzinin ekspertləri və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri tərəfindən icra edilib. Daha sonra layihənin effektivliyinin ölçülməsi məqsədi ilə sorğu və qiymətləndirmə mərhələsi baş tutub. 

Qeyd edək ki, “Dəyişiklik səndən başlayır!” layihəsinin ilk mərhələsində  beynəlxalq “Travli.net” mərkəzinin ekspertləri tərəfindən “Dərs Evi” tədris mərkəzinin müəllimləri üçün xüsusi təlimlər təşkil olunub. Bu təlimlər sayəsində müəllimlər bullinqlə bağlı bilik və bacarıqlarını təkmilləşdirərək digər müəllim həmkarlarına, şagird və valideynlərə maarifləndirici sessiyalar keçmək bacarıqlarına yiyələniblər. 

Layihənin əsas məqsədi məktəblərdəpsixoloji mühiti daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması istiqamətində maarifləndirilməsidir. Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış və empatiyanın güclənməsinə xidmət edir.

Kapital Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzulara xüsusi önəm verir. Bullinqə qarşı bu təşəbbüs Bankın sosial rifaha, təhsilin inkişafına və gələcək nəsillər üçün sağlam mühitin formalaşmasına verdiyi töhfənin daha bir nümunəsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün –https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün –https://kbl.az/prcrc.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment