Digər xəbərlər


Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tam hüquqlu üzv oldu
18.06.2025

Azərbaycanın Sədrliyi Dövründə Macarıstan Ticarət Və Sənaye Palatası TCCI-ya Tam Hüquqlu üzv Oldu

İyunun 15-i və 16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Təqdirəlayiq haldır ki, Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrliyin Azərbaycana keçdiyi 2025-ci ildə Macarıstanın bu təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxılıb.

İyunun 16-da keçirilən İdarə Heyətinin növbədənkənar iclasında Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Fondun icraçı direktoru Ramil Babayev, Türk Ticarət və Sənaye Palataları Birliyinin fəxri prezidenti, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, Türk Ticarət və Sənaye Palataları Birliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagi, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti  Temir Sarıyev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov, Türkmənistan Ticarət və Sənaye Palatasının sədri Mergen Qurdov, Qazaxıstanın “Atameken” Milli Ticarət Palatası sədrinin məsləhətçisi Kanat Akın, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin İcraçı direktoru Balaj Hendrix iştirak ediblər.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari türk dövlətləri üçün imkanları və çağırışları vurğulayaraq Macarıstanı türk dövlətləri üçün Avropaya açılan qapı kimi qiymətləndirib. O, ticarət sahəsində əməkdaşlıq potensialını, birgə iqtisadi komissiyalarda kənd təsərrüfatı və logistika da daxil olmaqla müxtəlif sektorlar üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Türk İnvestisiya Fonduna (TIF) qoşulmaq səylərinin Macarıstanın iqtisadi əlaqələrin genişləndirilməsinə sadiqliyini nümayiş etdirdiyini bildirib.

Daha sonra çıxış edən Türk Ticarət və Sənaye Palataları Birliyinin fəxri prezidenti, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu iştirakçıları Dünya Palatalar Federasiyası və türk iş adamları adından salamlayaraq, üzv palataları ticarət müharibələri, iqlim böhranları kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün birliyi gücləndirmək və süni intellekt, logistika və enerji sahələrində imkanlardan istifadə etməyə çağırıb.

Türk Ticarət və Sənaye Palataları Birliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qədim macar türk torpaqlarında keçirilən bu tədbirin də əməkdaşlıqda yeni imkanlar açmaq, gücləri birləşdirmək və uğurlara nail olmağa yeni bir töhfə verəcəyinə inandığını söyləyib.

O bildirib ki, 2024-cü ilin yekunlarına görə Türk Dövlətlər Təşkilatının üzv dövlətlərdə ÜDM-in həcmi 2 trilyon 112 milyard, ticarət dövriyyəsi 1 trilyon 174 milyard dollar təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizini, əhalisinin 3 faizə qədərini, qlobal ticarət dövriyyəsinin 3,5%-i üzv ölkələrin payına düşür. Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. Bu artım rəqəmləri təkcə türk dövlətlərinin iqtisadiyyatların dayanıqlığını deyil, həm də onların qlobal iqtisadi sistemə artan inteqrasiyasını göstərir.

Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagi, Türk Ticarət və Sənaye Palataları Birliyi üzvlərinin təkcə tərəfdaşlar kimi deyil, ortaq ambisiyaların və dinamik, gələcəyə baxışların birləşdiyi bir ailə kimi bir araya gəldiyini vurğulayıb. E.Naqi görüşün biznes yönümlü əməkdaşlığın qurulması, kiçik və orta biznesin dəstəklənməsi, peşə təhsilinin inkişafı və üzv ölkələrin şirkətlərini stimullaşdırmaq üçün kapital proqramlarının işə salınması, eyni zamanda bilik mübadiləsi, qarşılıqlı etimad və sarsılmaz qardaşlıq bağı vasitəsilə əlaqələri gücləndirmək istiqamətində önəmindən danışıb.

Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev Macarıstan Palatasının tərəfdaşlıqların qurulmasında fəal iştirak etməsindən şad olduğunu, bu il Fond və TCCI arasında Anlaşma Memorandumunun imzalandığını vurğulayıb. O, memorandumun Türk İnvestisiya Fonduna türk ölkələrindəki müəssisələrin real ehtiyaclarına daha yaxın olmağa kömək edəcəyini, Türk İnvestisiya Fondunun əsas işinin dəyər yaradan layihələri maliyyələşdirmək olduğunu qeyd edib. B.Amreyev Macarıstanın türk dünyası ilə Avropa arasında mühüm körpü rolu oynadığını bildirib.

ASK Rəyasət heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva türk dünyasında qadın sahibkarları birləşdirmək, gücləndirmək səylərindən bəhs edərək, əməkdaşlığın gücləndirilməsi üçün öz təkliflərini irəli sürüb. Dinamik platforma – bilik və imkanları bölüşmək üçün hibrid forumlar, illik sammitlər və rəqəmsal şəbəkələrin, məqsədli əməkdaşlıqlar – moda, kənd təsərrüfatı, turizm, texnologiya və sənətkarlıq (e-ticarət) sahələrində birgə müəssisələrin yaradılması, ideyaları fəaliyyətə çevirmək üçün inkubatorlar, hakatonlar və təlim proqramlarının təşkili, hər üzv dövlətdə koordinatorun seçilməsi ilə şəbəkənin yaradılması ideyalarını səsləndirib.

Sonda üzv palataların yekdilliklə səs verməsi ilə Macarıstan Ticarət və Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzv qəbul edilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Budapeştə rəsmi səfər çərçivəsində macar folklorunun mühüm simvolu olan möcüzəli maral heykəlinin açılışında iştirak edib. Macarıstan Mərkəzi Bankının rəhbəri Mixali Varqa Konfederasiya prezidenti Məmməd Musayev ilə görüşərək, Asiyadan gələn macarların Karpat hövzəsinin fəthi zamanı bu simvolu özləri ilə gətirdiklərini qeyd edib, möcüzəli maralı Asiya ilə Avropa arasında ölkənin mədəni irsinin və kimliyinin bir hissəsi olan “körpü” adlandırıb.

Heykəlin açılışında çıxış edən Türk Ticarət və Sənaye Palataları Birliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev türk dövlətlərini artıq yalnız tarixi bağların deyil, həm də iqtisadi və ticarət əlaqələrinin sıx birləşdirdiyini qeyd edib.

Bu səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində həmçinin ASK Baş katibi Ziya Hacılı, ASK prezidentinin Baş məsləhətçisi Adil Qurbanov, ASK İdarə heyətinin üzvü, “Fəxrəddin-K MMC”-nin icraçı direktoru Fəxrəddin Baxışov, ASK Rəyasət heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, ASK Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin müdiri Afət Məmmədova, “Scandens Pharmaceutical Industries MMC”-nin Kommersiya direktoru Aygün Musayeva, şirkətin PR mütəxəssisi Xeyransa Əhmədova təmsil olunublar.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment