Mərkəzi Gömrük Hospitalının tanınmış dermatoveneroloqu Sevinc Kərimova ATV-nin “Xəbərin olsun” proqramına “Günəş ləkələrinə qarşı necə qorunmalıyıq?” mövzusunda ətraflı müsahibə verib. Sevinc həkim müsahibədə günəşin dərimizə təsiri, yaranan ləkələrin səbəbləri və onların qarşısını almaq üçün ən effektiv mühafizə üsulları barədə önəmli məsləhətlərini bölüşüb.Belə ki, günəş ləkələri yalnız estetik narahatlıq yaratmır, həm də dəri sağlamlığı üçün risklər törədə bilər. Günəş şüalarının ən güclü olduğu saatlarda açıq havada az qalmaq və uyğun geyim seçimi kimi qaydalara riayət etmək vacibdir.Sizə təqdim etdiyimiz videosüjetdə Sevinc həkimin tövsiyələrini dinləyə bilərsiniz. https://youtu.be/sqmRWGTnq1o