Digər xəbərlər


İxracatçıların nəzərinə!
18.06.2025

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na (bundan sonra – Qayda) uyğun olaraq “Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak” dəstək tədbiri üzrə ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləği aşağıdakı istiqamətlər üzrə çəkilmiş xərclərin 50%-ni (10 min manatdan artıq olmamaqla) təşkil edir:

Sərgi və ya yarmarkanın keçirildiyi məkanda yerin icarəsi;

Sərgi və ya yarmarkanın keçirildiyi məkanda stendin dizaynı, hazırlanması və quraşdırılması;

Nümayiş etdiriləcək məhsulların sərgi və ya yarmarkanın keçirildiyi məkana daşınması.

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləği aşağıdakı qaydada ödənilir:

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakın başa çatdığı tarixdən 30 iş günü ərzində dəstək məbləğinin əldə edilməsi üçün ərizə ilə müraciət edilir;

Ərizəyə aşağıdakılar əlavə edilir:

Görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənəd (hesab-faktura (invoys);

Bağlanmış müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;

Vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;

Beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat.

Müraciətə ümumilikdə 30 iş günü ərzində baxılır:

Müraciət qeydiyyata alındığı tarixdən etibarən 2 iş günü ərzində ərizənin və ona əlavə edilmiş sənədlərin Qaydaya uyğunluğu yoxlanılır;

ərizə və ona əlavə edilmiş sənədlər Qaydaya uyğun olmadıqda, çatışmazlıqların aradan qaldırılması üçün müraciətçiyə məlumat təqdim edilir;

Çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırılmalıdır;

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı davam edir.

Dəstək məbləğinin ödənilməsi haqqında qərar qəbul edildiyi gündən 20 iş günü ərzində dəstək məbləği  müraciətçinin bank hesabına köçürülür.

2025-2026-cı illər üçün “Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak” dəstək tədbiri üzrə dəstək məbləğinin ödənilməsi barədə qərar müraciətdə göstərilən sərgi və ya yarmarkanın aşağıdakı meyarlara uyğunluğuna əsasən verilir:

Asiya, Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Okeaniyada sənaye, texnologiya, təhsil, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi və ərzaq məhsulları, moda, dizayn, turizm və logistika sahələri üzrə keçiriləcək beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştiraka görə dəstək məbləğinin ödənilməsi üçün müraciət edilə bilər.

Sənədlər aşağıdakı ünvan üzrə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya təqdim olunmalıdır.

Ünvan: Neftçilər pr., 32, Bakı, AZ1000, Bakı Biznes Mərkəzi.



Əlavə məlumat üçün:

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3665);

E-mail: orkhan.mustafayev@azpromo.gov.az;

Mob: (+994 55) 438-58-32.

Əlaqələndirici şəxs: Orxan Mustafayev.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment