Digər xəbərlər


Kağızsız Ticarət Şurasının sessiyası keçirilib
18.06.2025

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Kağızsız Ticarət Şurasının 4-cü sessiyası və Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyası keçirilib.

Tailand Krallığının Banqkok şəhərində keçirilən tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyalar Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlərin və fəaliyyətin müəyyən edilməsi məqsədilə keçirilib.

Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında prioritet vəzifələrin icrası ilə bağlı məsləhətləşmələr, Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üçün Milli Komitələrin təsis edilməsi, sənədlərin elektronlaşdırılması və qarşılıqlı tanınması, fərdi fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb, potensialın gücləndirilməsi strategiyaları və əməkdaşlıq planları müzakirə olunub.

Kağızsız Ticarət Şurasının 2 günlük sessiyasında Daimi Komitə tərəfindən təqdim olunmuş tövsiyələr müzakirə edilib, üzv dövlətlərin məruzələri dinlənilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov sessiyada çıxış edərək xarici ticarətdə elektron bir pəncərə sisteminin yaradılması istiqamətində görülən işlər, malların və nəqliyyat vasitələrinin sərhəd qeydiyyatında və gömrük rəsmiləşdirilməsində süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) tətbiqi, “Rəqəmsal gömrük dəyəri” layihəsi, eləcə də digər ölkələrlə qarşılıqlı məlumat mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.

Sessiyanın sonunda Kağızsız Ticarət Şurası tərəfindən hesabat qəbul edilib. Hesabatda Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasının nəticələrinin məqbul hesab edildiyi vurğulanıb, tövsiyyə standartlarının qəbul olunması və təqbiqi, həmçinin Çərçivə Sazişinin reallaşdırılması məqsədilə texniki və maliyyə dəstəyinin göstərilməsi, potensialın gücləndirilməsi ilə bağlı mümkün təlimlərin və təşviqat-təbliğat tədbirlərinin həyata keçirilməsi və digər məsələlər öz əksini tapıb.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment