Banklar


Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri” üzrə təlim proqramı yekunlaşıb
18.06.2025

Mərkəzi Bank ilə ADA Universitetinin İxtisasartırma Proqramının əməkdaşlığı çərçivəsində keçirilən “Liderlik səriştələri” üzrə təlim proqramının bağlanış mərasimi təşkil olunub.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu növ təlimlərin ölkədə insan kapitalının inkişafında və liderlərin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, bu təlim proqramı ərzində idarəetmə sahəsində qazanılmış müasir səriştə və bacarıqların təşkilatın ümumi uğuruna töhfə verəcəyini qeyd edib.

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov təlimin əhəmiyyətindən danışarkən əldə olunmuş yeni bacarıqların tətbiqinin ölkə üçün dəyər yaradacağına dair əminliyini bildirib.

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev bu inkişaf proqramının həm şəxsi, həm də peşəkar müstəvidə mühüm rol oynayacağını qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov təlimlərin komanda ruhunu gücləndirdiyini bildirib. O, təlimin iştirakçılara çevik qərarvermə və effektiv idarəetmə bacarıqları qazandırmaqla onların peşəkar inkişafında mühüm rol oynayacağına dair əminliyini ifadə edib.

ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva öz çıxışında proqramın peşəkar inkişaf baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bağlanış mərasiminin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayından başlamış proqramda Mərkəzi Bankın 119 nəfər rəhbər şəxsi iştirak edib. 9 moduldan ibarət bu proqramın əsas məqsədi iştirakçıların peşəkar potensiallarının gücləndirilməsinə və bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə vermək olub. İştirakçılar peşəkar təlimçilər tərəfindən müasir dövrün trendlərinə uyğun mövzuların əhatə olunduğu proqram çərçivəsində interaktiv təlimlərə qatılıb.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment