17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar Tibb İşçilərinin Peşə Bayramı Günü Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər düzüb və Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
SonraDövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyub. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.