Digər xəbərlər


İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyaya səfər edib
17.06.2025

Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Azərbaycanın Əbu-Dabi İnkişaf Fondu, İslam İnkişaf Bankı Qrupu və OPEC Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlığına dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin Fondun ölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub. Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə olunub.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə Qrupa daxil olan qurumlarla uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib. Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla səmərəli tərəfdaşlıq qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və prioritetlər haqqında məlumat verilib. Birgə fəaliyyətin genişləndirilməsi, ölkəmizin özəl sektorunda inkişaf, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanları dəyərləndirilib.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər istiqamətlərdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Sənəd çərçivəsində həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, eləcə də kiçik və orta sahibkarlığın inkişafı baxımından önəm kəsb edir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment